Türkiyədə sağalma artır, yoluxma azalır

Türkiyədə sağalma artır, yoluxma azalır
  11 Yanvar 2021    Oxunub:2337
Türkiyədə son sutka ərzində 176 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 9138 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 22 807, virusa yoluxanlar isə 2 326 256 nəfərə çatıb. Türkiyədə indiyədək 2 198 150 pasiyent (son sutkada 8103 nəfər) sağalaraq evə buraxılıb.

Qeyd edək ki, son günlər bu ölkədə koronavirusdan ölənlərin və yoluxanların sayında azalma müşahidə edilir.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti