Ankarada zəlzələ: Əhali təşvişə düşdü

      Ankarada zəlzələ:    Əhali təşvişə düşdü
  11 Yanvar 2021    Oxunub:2266
Türkiyənin paytaxtı Ankarada 4,5 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Ankaranın ətraf bölgələrində də hiss olunub. Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Sakinlər evlərini tərk edərək küçələrə axışıblar.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Azvision.az


Teqlər: Türkiyə   Ankara   Zəlzələ  



Xəbər lenti