Dünyada pandemiya ilə bağlı son vəziyyət - STATİSTİKA

 Dünyada pandemiya ilə bağlı son vəziyyət -  STATİSTİKA
  11 Yanvar 2021    Oxunub:1567
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 90 milyon 691 min 625 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 943 min 131 nəfərdir. İndiyədək 64 milyon 813 min 561 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 22 917 334 nəfər virusa yoluxub, 383 275 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 467 431 yoluxma qeydə alınıb. Onlardan 151 198 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 8 105 790 nəfərdə virus aşkar edilib. Xəstələrdən 203 140 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 401 954 yoluxma, 61 837 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 072 349 nəfər virusa yoluxub ki, onlardan 81 431-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti