“Paşinyan Moskvada sənəd imzalasa, hava məkanı bağlanacaq” - Etirazçılar şərt qoydu
Onun sözlərinə görə, baş nazir Moskvada hər hansı bir sənəd imzalayarsa, Ermənistanın hava məkanı onun üçün bağlanacaq.
"Nikol Paşinyan qanunsuz bir liderdir, Ermənistanı təmsil etmir və imzalayacağı sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq", - deyə aksiya iştirakçıları bildiriblər.
Bundan sonra müxalifət etiraz aksiyasını başa çatdırıb və hava limanına gedən yol açılıb.
Xatırladaq ki, müxalifət Ermənistanın hökumət başçısının Rusiya və Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevin iştirakı ilə üçtərəfli danışıqlar aparmaq məqsədilə Moskvaya səfərinin qarşısını almaq üçün səhər saatlarında aksiya təşkil edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Moskva Paşinyan Müxalifət







Vaxtında, Aydın, Lazımlı!


