Əfqanıstanda aviazərbə nəticəsində 18 mülki şəxs öldü

Əfqanıstanda aviazərbə nəticəsində 18 mülki şəxs öldü
  11 Yanvar 2021    Oxunub:1287
Əfqanıstanın Nimroz əyalətinə aviazərbələr endirilib.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə əyalət şurasının rəhbəri Məhəmməd Nasir bildirib.

Onun sözlərinə görə, hava zərbələri nəticəsində azı 18 nəfər həlak olub. Onlar dinc sakinlərdir. Ölənlərin 8-i uşaq, 7-si qadın və 3-ü kişidir.

Bundan əvvəl hücum nəticəsində 12 şəxsin həlak olduğu barədə xəbər verilmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: havazərbələri  



Xəbər lenti