Ermənistanda koronavirusdan ölüm sayı 3 minə çatır

Ermənistanda koronavirusdan ölüm sayı 3 minə çatır
  11 Yanvar 2021    Oxunub:1427
Ermənistanda son sutka ərzində daha 157 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 162 288 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2931-a çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 700 nəfərdir. Hazırda ölkədə 8782 aktiv xəstə var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti