Bidzina İvanişvili siyasətdən gedir

 Bidzina İvanişvili siyasətdən gedir
  11 Yanvar 2021    Oxunub:1726
Gürcüstanın hakim “Gürcü arzusu" partiyasının qurucusu və sədri, milyarder Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə siyasətçinin yaydığı məktubda deyilir.

O bildirib ki, siyasi missiyası artıq bitib və partiyanı həmişəlik tərk etmək, onun idarəçiliyindən getmək barədə qərar qəbul edib.

Qeyd edək ki, İvanişvili 2012-ci ildə Gürcüstanın baş naziri seçilib, bir il sonra vəzifədən istefa verərək, hakim partiya sədri qismində fəaliyyətini davam etdirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti