Sarkisyan Paşinyanı devirmək üçün kömək təklif etdi

 Sarkisyan Paşinyanı devirmək üçün kömək təklif etdi
  11 Yanvar 2021    Oxunub:1892
Ermənistandakı böhrandan çıxmağın yeganə yolu erkən parlament seçkilərinin keçirilməsidir.
Azvision.az xəbər verir ki, bu barədə ölkə prezidenti Armen Sarkisyan bildirib.

Onun sözlərinə görə, bu gün erməni cəmiyyəti, ilk növbədə hökumət dərin bir siyasi, iqtisadi, sosial və psixoloji böhranın mövcudluğunu etiraf etməlidir:

“Vətəndaşların seçdikləri deputatlardan, hökumətdən və baş nazirdən böhranı aradan qaldırmaq üçün konkret və vaxtında tədbirlərin görülməsini tələb etməkdə tam mənəvi haqqı var. Cəmiyyətin parçalanması fəlakətli nəticələrə gətirib çıxara bilər, bu səbəbdən ölkənin və xalqın sağlamlaşmasına ehtiyac var. Yeganə məntiqi və sivil çıxış yolu - real dövlət quruculuğu prosesinə sıfırdan başlamağa imkan verən Seçki Məcəlləsinə və Konstitusiyaya zəruri düzəlişlərin edilməsi ilə ağlabatan bir vaxt çərçivəsində erkən seçkilərin keçirilməsidir.

Bundan əvvəl isə qanuni, balanslı və qərəzsiz hakimiyyət qollarından birinin - prezident institutunun köməyi ilə milli razılıq hökuməti qurulmalıdır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Armen-Sarkisyan   Paşinyan  





Xəbər lenti