“Ümid edirəm ki, Rusiya kömək edə biləcək” - Qorbaçov Qarabağdan danışdı
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qorbaçov 11 yanvarda Moskvada Qarabağa dair gözlənilən üçtərəfli görüş barədə danışarkən deyib.
Münaqişə gərginləşməyə başlayanda iki respublikaya, iki xalqa həll yolu tapmaq üçün kömək etməyə çalışdıq. Rusiya sonradan yenə də cəhd etdi”.
Keçmiş sovet lideri əmindir ki, indi döyüş əməliyyatları bitdikdən sonra bunun üzərində dayanmamaq, problemi daha on illər boyu həll olunmamış buraxmamaq vacibdir.
Qeyd edək ki, Kremlin mətbuat xidməti yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Moskvada üçtərəfli danışıqların keçiriləcəyi barədə məlumat yayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DağlıqQarabağ Qorbaçov