Rusiyada koronavirusdan ölüm sayı 62 mini ötdü

Rusiyada koronavirusdan ölüm sayı 62 mini ötdü
  11 Yanvar 2021    Oxunub:1768
Rusiyada son sutka ərzində koronavirusa 23 315 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 425 269 nəfərə çatıb.

Rusiyada son sutkada 436 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 62 273 nəfərdir. İndiyədək 2 800 675 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti