Qazaxıstanda hakim partiya seçkilərdə liderdir

Qazaxıstanda hakim partiya seçkilərdə liderdir
  11 Yanvar 2021    Oxunub:2066
Qazaxıstanın iqtidar partiyası "Nur Otan" 10 yanvar tarixində keçirilmiş parlament seçkilərində lidrerlik edir.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının katibi Sabila Mustafina səsvermənin ilkin nəticələri ilə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, “Nur Otan” partiyası 71,09 faiz səs toplayıb. “Ak jol" partiyası 10,95 faiz, Xalq partiyası 9,10 faiz səs yığa bilib. Beləliklə, üç partiya 7% baryeri aşaraq parlamentə düşüb.

Digər iki partiyanın səs faziləri isə belədir - "Ayıl" 5,29 faiz, "Adal" partiyası isə 3,57 faiz.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Seçki   Parlament  



Xəbər lenti