Moskvada Paşinyana qarşı etiraz aksiyası keçirilir - VİDEO
Azvision.az xəbər verir ki, səfirlik binasının qarşısında Paşinyanın Moskvaya səfərinə və erməni xalqı adından hər hansı bir sənədin imzalanmasına qarşı çıxan etirazçılar toplanıb.
Aktivistlər qeyd edirlər ki, baş nazirin istefasını gözləyirlər, danışıqlar aparmasını yox.
Etirazçılar Paşinyanın istefasını tələb edən petisiyaya imza toplanmasına da başlayıblar.
Telegram kanallarında baş nazirin saat 16:00-da “Ararat Həyat”a getməyi planlaşdırdığı barədə məlumatlar yayılıb. Oteldəki prezident otağının Ermənistan baş nazirinin qalması üçün hazırlandığı bildirilib. Ancaq oteldən belə bir məlumatın olmadığını söyləyiblər.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: NikolPaşinyan







Vaxtında, Aydın, Lazımlı!


