Bu həftə XİN rəhbərləri görüşəcək

 Bu həftə XİN rəhbərləri görüşəcək
  11 Yanvar 2021    Oxunub:2478
Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü olacaq.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, sabah İslamabada yola düşəcək. Belə ki, yanvarın 13-də nazirlərin üçtərəfli görüşü keçiriləcək, Azərbaycan-Türkiyə-Pakistan zirvə görüşünə hazırlıq müzakirə ediləcək.

Çavuşoğlu İslamabadda azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüş keçirəcəyini də diqqətə çatdırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: MövludÇavuşoğlu  



Xəbər lenti