“Qarabağa dair üçtərəfli razılaşma ardıcıl həyata keçirilir” - Putin

“Qarabağa dair üçtərəfli razılaşma ardıcıl həyata keçirilir” -  Putin
  11 Yanvar 2021    Oxunub:3140
Qarabağa dair üçtərəfli razılaşma ardıcıl olaraq həyata keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

Putin, Rusiyanın Bakı və İrəvanla tərəfdaşlığı, mehriban qonşuluq münasibətlərini qiymətləndirdiyini söyləyərək, İlham Əliyev və Paşinyana Moskvaya gəldiklərinə görə minnətdarlığını bildirib.

O, uzun müddət davam edən münaqişənin hərtərəfli həlli üçün Ermənistan və Azərbaycan xalqlarının mənafeyi naminə möhkəm zəmin yarandığına əminliyini ifadə edib.

Putin, həmçinin atəşkəs rejiminə nəzarət etmək üçün münaqişə bölgəsində Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyini xatırladıb. Rus sülhməramlılarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsinin fəaliyyət göstərdiyini deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Qarabağ  





Xəbər lenti