Bayden MKİ rəhbəri vəzifəsinə namizəd irəli sürüb

Bayden MKİ rəhbəri vəzifəsinə namizəd irəli sürüb
  11 Yanvar 2021    Oxunub:2500
ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden Uilyam Bernsi Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postuna namizəd irəli sürüb.
Azvision.az xəbər verir ki, bu barədə Baydenin keçid komandasının saytı məluumat yayıb.

Berns 2005-2008-ci illərdə ABŞ-ın Rusiyada səfiri olub. 2009-cu ildə Kondoliza Raysın istefasından sonra Hillari Klinton vəzifəsinə başlayanadək dövlət katibi səlahiyyələrini icra edib.

Daha əvvəl onun namizədliyini bu posta da irəli sürülsə də, sonradan Entoni Blinken bu vəzifəyə namizəd göstərilib.

Uilyam Berns 1956-cı ildə =Şimali Karolinada anadan olub. 2011-2014-cü illərdə dövlət katibinin müavini işləyib.

33 illik diplomatik karyerasından sonra 2014-cü ildə xarici xidmətdən təqaüdə çıxıb Hazırda Karneqi Fondunun prezidentdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti