İstanbulda karantin qaydaları sərtləşdirildi

İstanbulda karantin qaydaları sərtləşdirildi
  11 Yanvar 2021    Oxunub:2144
İstanbulda COVID-19 virusuna qarşı qabaqlayıcı tədbirlər çərçivəsində yaşı 65-dən yuxarı, 20-dən aşağı olan şəxslərin ictimai nəqliyyatdan istifadəsi müvəqqəti qadağan edilib.
Azvision.az xəbər verir ki, bu barədə İstanbul Valiliyindən bildirilib.

Məlumata görə, qadağa yanvarın 15-dən qüvvəyə minəcək. Ümumiyyətlə bu yaş qruplarına daxil olan vətəndaşların günün müəyyən saatlarında evdən çıxmalarına icazə verilir.

Bundan əlavə, Türkiyənin bir çox bölgəsində olduğu kimi, İstanbulda da əhalinin ictimai nəqliyyatdan istifadəsi xüsusi kodla mümkün olacaq.

Azvision.az


Teqlər: İstanbul   Karantin   Koronavirus  



Xəbər lenti