“Uşaqlarımız səhv qərarlara görə öldü” - Ermənistanda etiraz aksiyası

 “Uşaqlarımız səhv qərarlara görə öldü” -  Ermənistanda etiraz aksiyası
  11 Yanvar 2021    Oxunub:2477
Ermənistanda ölən əsgərlərin valideynləri İstintaq Komitəsinin qarşısında etiraz aksiyası keçirir.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar Qarabağ müharibəsində komandirlərin səhlənkarlığı ilə bağlı araşdırmaların aparılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını istəyirlər.
“Özümüz gedib oğlumuzun cəsədini tapdıq. Hələ noyabr ayında əsgərlərin komandirlərin səhv əmrləri səbəbiylə ölmələrinə dair məlumatlar təqdim etdik. Onları yanlış istiqamətlərə apardılar, səhv qərarlar verdilər. Buna görə cavab verməlidirlər", - ölən hərbçi Mxitar Mxitaryanın atası Qarik Mxitaryan deyib.

Bir qrup etirazçı artıq İstintaq Komitəsinə müvafiq məlumatları təqdim edib. Etirazçılar müstəntiqlərin daha sürətli və səmərəli işləməsini tələb ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: etirazaksiyası  





Xəbər lenti