Rusiyada hərbi avtobuslar qəzaya düşdü: Ölənlər və yaralılar var

Rusiyada hərbi avtobuslar qəzaya düşdü:  Ölənlər və yaralılar var
  11 Yanvar 2021    Oxunub:3343
Rusiyanın Moskva vilayətində yük maşını və dörd hərbi avtobus toqquşub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb.

Qəza Krasnoqorskda Qluxovo kəndinə dönən M-9 "Baltiya" federal magistral yolunda baş verib. Hadisənin səbəbi araşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moskva   Qəza   Avtobus  





Xəbər lenti