Türkiyədə koronavirusdan ölüm sayı yenə azaldı

Türkiyədə koronavirusdan ölüm sayı yenə azaldı
  12 Yanvar 2021    Oxunub:1240
Türkiyədə son sutka ərzində 174 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 10 220 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 22 981, virusa yoluxanlar isə 2 336 476 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 208 451 pasiyent (son sutkada 10 301 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti