“Tramp ən pis prezident kimi yadda qalacaq” - Məşhur aktyor

   “Tramp ən pis prezident kimi yadda qalacaq” -    Məşhur aktyor
  12 Yanvar 2021    Oxunub:3176
Dünya şöhrətli amerikalı aktyor, Kaliforniya ştatının 38-ci qubernatoru Arnold Alois Şvartsenegger Donald Trampı sərt tənqid edib.
Azvision.az xəbər verir ki, Şvartsenegger Trampın ABŞ tarixində ən pis prezident kimi qalacağını bəyan edib.

Bu barədə özünün "Twitter" hesabından açıqlama yayan məşhur aktyor son günlər ABŞ-da baş verən ixtişaşları pisləyib.

​Trampın seçkilərin nəticəsini dəyişməyə çalışdığını deyən, yalan danışaraq dövlət çevrilişi etmək cəhdini pislədiyini söyləyən Arnold Şvartsenegger "Lider kimi məhv oldu və tarixdə ən pis prezident kimi yadda qalacaq" sözlərini əlavə edib.

Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti