Rusiya Baydenin andiçmə mərasiminə dəvət aldı

Rusiya Baydenin andiçmə mərasiminə dəvət aldı
  12 Yanvar 2021    Oxunub:1454
Rusiya tərəfi ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasiminə dəvət alıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfirliyindən müvafiq dəvətin alındığı təsdiqlənib.

Diplomatik nümayəndəlikdən Moskvanın mərasimdə səfir səviyyəsində iştirak etməyi planlaşdırdığı bildirilib.

Qeyd edək ki, Bayden ötən il noyabrda keçirilən prezident seçkilərində 270-dən çox seçici səsi alaraq qalib gəlib. Onun andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Bayden  



Xəbər lenti