Ermənistanda virusdan ölənlərin sayı 2941-ə çatdı

Ermənistanda virusdan ölənlərin sayı 2941-ə çatdı
  12 Yanvar 2021    Oxunub:1595
Ermənistanda son sutka ərzində daha 355 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 162 643 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 10 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2941-a çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 707 nəfərdir. Hazırda ölkədə 8393 aktiv xəstə var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti