Netanyahu Trampla olan fotosunu sildi

Netanyahu Trampla olan fotosunu sildi
  12 Yanvar 2021    Oxunub:1961
İsrailin Baş naziri Binyamin Netanyahu “Twitter” hesabında ABŞ Prezidenti Donald Trampla birlikdə olduğu örtük şəklini dəyişib.
Azvision.az xəbər verir ki, Baş nazirin Ağ Evdə Trampla görüşdə çəkilən fotosu uzun müddət onun rəsmi səhifəsinin örtük şəkli kimi qalırdı.

Bu gün isə həmin foto "İsrail vətəndaşları, həyata qayıdırıq" başlığı ilə hökumət rəhbərinin koronavirusa qarşı peyvənd olunarkən lentə alınan şəkli ilə əvəzlənib.

Fotonun dəyişdirilməsi ilə bağlı heç bir xüsusi şərh verilməyib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: BinyaminNetanyahu  



Xəbər lenti