Ermənistan ordusunda daha bir biabırçı olay

Ermənistan ordusunda daha bir biabırçı olay
  12 Yanvar 2021    Oxunub:1498
“Aren Mirzoyan Gorusda anadan olub. Lakin 3 yaşından Şuşada yaşayıb. Arenin ölüm şəhadətnaməsində onun qarın və sinə nahiyəsindən aldığı xəsarətlərin daxili orqanların zədələnməsinə səbəb olduğu və bundan öldüyü yazılıb”.
Azvision.az xəbər verir ki, bu barədə tanınmış erməni ictimai fəal Aram Gevorqyan məlumat yayıb. O qeyd edib ki, 18 yaşlı bu çəlimsiz erməni əsgər topçu kimi xidmət edirmiş:

“Arendə yalnız dəbilqə olub. Ona zirehli jilet verməyiblər. Səbəbini isə belə izah ediblər ki, “sən artilleriyaçısan, güllə keçirməyən jiletə nə ehtiyac var?”. Bu ilin iyul ayında xidmətə getmişdi və cəmi 18 yaşı olub”.

Qeyd edək ki, Mirzoyan müharibənin ilk günlərində Hadrut və Xocavənddə döyüşüb. Oktyabrın 20-də Amaras monastırının yaxınlığında ordumuz tərəfindən məhv edilib. Ermənilərin sözlərinə görə, Mirzoyan kimi zəif və gücsüz birinin döyüşlərə cəlb olunması ölkə adına bıabırçılıqdır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zirehli-jilet   Gevorqyan   Artileriyaçı  



Xəbər lenti