“Paşinyan ölkəyə azı 38,4 milyard dollar ziyan vurub” - Erməni ekspert

 “Paşinyan ölkəyə azı 38,4 milyard dollar ziyan vurub” -  Erməni ekspert
  12 Yanvar 2021    Oxunub:6439
Baş nazir Nikol Paşinyan Ermənistana və erməni xalqına ən azı 38,4 milyard dollar ziyan vurub.

Azvision.az xəbər verir ki, bu barədə erməni iqtisadçı, "Hərbi qulluqçuların Sığortası" Fondunun Himayəçilik Şurasının üzvü Mesrop Manukyan “Facebook” hesabında yazıb.
“İnsan itkisi 7 milyard dollar (təxminən 4500 ölən və itkin düşmüş hərbçi, təxminən 5000 birinci qrup əlil, 6000 nəfərə yaxın ikinci qrup əlil) dəyərində qiymətləndirilir.

"Hayastan Ümumerməni Fondu” Azərbaycanın nəzarəti altına keçən ərazilərə (Azərbaycanın işğaldan azad edilmiş əraziləri- red) təxminən 150 milyon dollar sərmayə qoyub. Şuşada 15 milyon dollar dəyərində layihələr həyata keçirilib. Və bu investisiyaların effektivliyi 500 milyon olaraq qiymətləndirilir.

Müdafiə sistemimizə dəyən ziyan 2 milyard dollara yaxındır. Sotk mədəninin (Zod qızıl yatağı itkisindən gələn ziyan 8 milyard dollar, bank sistemindəki zərər 1 milyard dollar, infrastruktura dəyən ziyan təxminən 2 milyard dollar, Qarabağda itirilmiş hidroelektrik stansiyalarının dəyəri 600 milyon dollardır. "Kataro” şərab zavodu, İşxanadzorda (Laçın - red) tütün emalı zavodu təxminən 100 milyon dollarlıq zərər deməkdir".

Erməni ekspert təqribən 95 min hektar əkinçilik sahəsinin itirilməsindən ən azı 3 milyard dollar dəyərində ziyan gəldiyini deyib. Minimum mənəvi ziyanı 3 milyard dollar həcmində qiymətləndirib. Onun sözlərinə görə, meşələr, torpaq, su, mənzil fonduna dəyən ziyan 7 milyard dollar həcmindədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ziyan  



Xəbər lenti