“Minsk qrupunun 30 ildə edə bilmədiyini Türkiyə 44 günə etdi” - Ərdoğan

“Minsk qrupunun 30 ildə edə bilmədiyini Türkiyə 44 günə etdi” -  Ərdoğan
  12 Yanvar 2021    Oxunub:3316
Qarabağda 30 illik gecikmə ilə olsa da, ədalət, bölgədə sabitlik bərqərar oldu.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Minsk qrupunun 30 ildə edə bilmədiyini Türkiyə 44 günə etdi.
“Öz torpaqlarından qovulmuş azərbaycanlı qardaşlarımızın yenidən torpaqlarını qazanmasına Türkiyə yardımçı oldu. Onların (Minsk qrupu-red) 30 ildə bacarmadığını verdiyimiz dəstəklə 44 gündə gerçəkləşdirdik", - deyə Ərdoğan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  



Xəbər lenti