Nazarbayevin qızı deputat seçildi

Nazarbayevin qızı deputat seçildi
  12 Yanvar 2021    Oxunub:2664
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva 10 yanvar tarixində keçirilən parlament seçkilərində hakim “Nur Otan” partiyasının deputatı seçilib.
Azvision.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

"12 yanvarda “Nur Otan” partiyası Şurası 76 namizədin siyahısını təsdiq edib və 7-ci çağırış Qazaxıstan parlamentinin deputatlarının qeydiyyata alınması üçün Mərkəzi Seçki Komissiyasına göndərib”, - deyə partiyadan bildirilib.

Siyahıda Dariqa Nazarbayeva və əvvəlki çağırış parlamentin spikeri olmuş Nurlan Niqmatulinin də adı var.

Nazarbayevin rəhbərlik etdiyi “Nur Otan” partiyası seçkilərdə səslərin 71.09 %-ni qazanıb. Nəticədə partiya siyahıları ilə seçilən 98 deputat mandatından 76-nı alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan  



Xəbər lenti