Milyarder Şeldon Adelson vəfat etdi

Milyarder Şeldon Adelson vəfat etdi
  12 Yanvar 2021    Oxunub:2308
Yəhudi əsilli amerikalı biznesmen, milyarder Şeldon Adelson 88 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Adelson “Las Vegasın Sands” korporasiyasının qurucusu və baş icraçı direktoru olub.
Onun ölüm səbəbi lenfoma müalicəsindəki fəsadlar göstərilir.

Qeyd edək ki, “Forbes” jurnalı 2020-ci il iyul ayında onun varidatını 30,8 milyard dollar dəyərində qiymətləndirib. Adelson ən varlı adamların siyahısında 28-ci idi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: milyarder  



Xəbər lenti