“Moskvada erməni gündəliyi iflasa uğradı” - Marukyan

   “Moskvada erməni gündəliyi iflasa uğradı” -    Marukyan
  13 Yanvar 2021    Oxunub:2820
“İşıqlı Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan Moskva görüşünün nəticələrindən narazıdır.
Azvision.az xəbər verir ki, erməni deputat Moskvada istəklərinə nail olmadıqlarını bildirib.

“Moskvada erməni gündəliyi iflasa uğradı. Ermənistan üçün gündəmin prioritet məsələsi əsirlərin qaytarılması idi. Amma görürük ki, Moskvada imzalanan sənəddə əsirlər barədə bir kəlmə də yoxdur. Moskvada erməni gündəliyindəki heç bir məsələ müzakirə olunmadı”, - deyə müxalifət təmsilçisi vurğulayıb.

Azvision.az


Teqlər: Marukyan  



Xəbər lenti