Qarabağda 1229 erməni hərbçinin cəsədi tapılıb

 Qarabağda 1229 erməni hərbçinin cəsədi tapılıb
  13 Yanvar 2021    Oxunub:3000
Qarabağda daha yeddi erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Cəbrayıl, Füzuli istiqamətində və Sünik bölgəsi ilə Dağlıq Qarabağ arasındakı ərazidə aşkarlanıb.
Bu gün axtarış işləri Talış-Ağdərə, Hadrut, Talış-Suqovuşan istiqamətlərində aparılacaq.

Qeyd edilib ki, 13 noyabr - 13 yanvar tarixlərində aparılan axtarış-xilasetmə işləri zamanı 1229 cəsəd tapılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Erməni   Hərbçi   Cəsəd  



Xəbər lenti