Rusiyada virusdan ölənlərin sayı 63 mini ötdü

Rusiyada virusdan ölənlərin sayı 63 mini ötdü
  13 Yanvar 2021    Oxunub:1603
Rusiyada son sutka ərzində koronavirusa 22 850 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 471 053 nəfərə çatıb.

Rusiyada daha 566 pasiyent vəfat edib. Pandemiya qurbanlarının ümumi sayı 63 370
nəfərdir. İndiyədək 2 854 088 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti