Navalnı Rusiyaya qayıdır

 Navalnı Rusiyaya qayıdır
  13 Yanvar 2021    Oxunub:2674
Rusiya müxalifətinin lideri Aleksey Navalnı yanvarın 17-də Moskvaya qayıdacaq.
Azvision.az xəbər verir ki, bu barədə Navalnı “Twitter” hesabında yazıb.

"17 yanvar, bazar günü, “Pobeda”nın reysi ilə evə qayıdacağam", - deyə o bildirib.

Xatırladaq ki, ötən ilin avqustun 20-də təyyarədə vəziyyəti pisləşən Navalnı Omskda xəstəxanaya yerləşdirilib. Daha sonra müalicə üçün Almaniyaya aparılıb. Almaniya hökuməti hərbi həkimlərə istinad edərək, onun "Noviçok" qrupuna daxil olan maddə ilə zəhərləndiyi iddiasını irəli sürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AlekseyNavalnı  



Xəbər lenti