“Daily Telegraph”ın sahibi vəfat etdi

 “Daily Telegraph”ın sahibi vəfat etdi
  13 Yanvar 2021    Oxunub:3037
Britaniyalı milyarder, ölkənin ən böyük qəzetlərindən biri olan “Daily Telegraph”ın sahibi Devid Barklay vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.

O, 86 yaşında dünyasını dəyişib.

“Böyük bir qəzeti xilas edən, Birləşmiş Krallıqda minlərlə iş yeri yaradan Barklayla hörmət və qürurla vidalaşıram”, - deyə Baş nazir Boris Conson “Twitter” hesabında yazıb.

2020-ci ildə “Sunday Times” tərəfindən dərc olunan ən varlı insanların reytinq siyahısına əsasən, əkiz qardaşı ilə birgə onun varidatı 9,5 milyard dollar qiymətləndirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DevidBarklay  



Xəbər lenti