İran dənizdə hərbi təlimlər keçirir

İran dənizdə hərbi təlimlər keçirir
  14 Yanvar 2021    Oxunub:1582
İranın Hərbi Dəniz Qüvvələri Oman dənizində və Hind okeanının qərb hissəsində “Dəniz iqtidarı - 99” adlı hərbi təlimlərə başlayıb.
Azvision.az xəbər verir ki, hərbi təlimə helikopter və pilotsuz uçuş aparatları da cəlb edilib.

Hərbi gəmilər şərti düşmənin hücumunun qarşısını alınması taktikası üzrə manevrlər həyata keçirirlər. Gəmilərdəki raketlərin hədəfi vurmaq imkanları yoxlanılır və şərti düşmən gəmiləri vurulur.

Azvision.az


Teqlər: İran   Dəniz   Təlim  



Xəbər lenti