ABŞ tarixində ilk dəfə: Trampa ikinci impiçment elan edildi

 ABŞ tarixində ilk dəfə:  Trampa ikinci impiçment elan edildi
  14 Yanvar 2021    Oxunub:1885
ABŞ Konqresinin Nümayəndələr Palatası səs çoxluğu ilə respublikaçı Prezident Donald Trampın impiçmenti üzrə qərar qəbul edib.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Trampın partiyasından 10 nəfər impiçmentə dəstək verib.

Müzakirələr zamanı 232 Konqres üzvü sənədi dəstəkləyib, 197-si əleyhinə çıxıb, 5 nəfər isə səsvermədə iştirak etməyib. Bundan sonra qətnaməyə Senat baxmalıdır.
Qeyd edək ki, Donald Tramp Birləşmiş Ştatların tarixində iki dəfə impiçment elan edilən ilk dövlət başçısıdır. Trampa qarşı birinci impiçment 2019-cu ilin dekabrında Konqresə hakimiyyətdən sui-istifadə və mane olma ittihamları ilə irəli sürülüb. Lakin Senat ona bəraət qazandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp  





Xəbər lenti