“Türkiyə-Gürcüstan strateji əməkdaşlığı davam etdiriləcək” - Ərdoğan

“Türkiyə-Gürcüstan strateji əməkdaşlığı davam etdiriləcək” -    Ərdoğan
  14 Yanvar 2021    Oxunub:2056
Türkiyə- Gürcüstan strateji əməkdaşlığı bundan sonra da davam etdiriləcək.
Azvision.az xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstan baş naziri Giorgi Qaxariyanın bu vəzifəyə yenidən təyin olunması münasibətilə göndərdiyi təbrik məktubunda qeyd olunub.

Türkiyə Prezidenti ölkəsi ilə Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlığın və dostluq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edib.

“Bölgədə dayanıqlı sülh və sabitliyin bərqərar olması üçün fürsətlər pəncərəsinin yarandığı dövrdə sizin rəhbərliyiniz altında ölkələrimiz arasında əlaqələrin bütün sahələr üzrə davam etdiriləcəyinə əminəm”, - deyə Ərdoğan qeyd edib.

Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan   Gürcüstan  



Xəbər lenti