Çində 8 aydan sonra koronavirusdan ilk ölüm

Çində 8 aydan sonra koronavirusdan ilk ölüm
  14 Yanvar 2021    Oxunub:1460
Çində son 8 ayda koronavirusdan ilk ölüm halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən sutka ərzində Çində 138 yeni yoluxma müəyyən edilib, bir nəfər ölüb.

Məlumata görə, ölkədə 16 may 2020-ci ildən bəri virusdan ölüm hadisəsi baş verməmişdi. Yeni ölüm faktı Hebei əyalətində aşkarlanıb.

Ümumilikdə isə Çində koronavirusa yoluxanların ümumi sayı 87 844-ə çatıb, 4635 xəstə ölüb, 82 324 nəfər sağalıb. Hazırda ölkədə 885 aktiv xəstə var, 24 nəfərin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti