Sabiq prezidentin 20 illik həbs cəzası dəyişmədi

Sabiq prezidentin 20 illik həbs cəzası dəyişmədi
  14 Yanvar 2021    Oxunub:1105
Cənubi Koreyanın Ali Məhkəməsi korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 20 il həbs cəzası almış keçmiş prezident Park Kın He barədə qərarı qüvvədə saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “TASS” ölkənin KBS kanalına istinadla məlumat yayıb.

Ümumilikdə, keçmiş prezident 2016-cı il parlament seçkilərinə qanunsuz müdaxilə etdiyi üçün iki il də daxil olmaqla 22 il həbsxanada cəza çəkməli olacaq.

Pak Kın He 2017-ci ilin martında impiçment edilib. 2018-ci ilin iyul ayında birinci instansiya məhkəməsi keçmiş prezidenti rüşvət ittihamı ilə 15 il, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 5 il həbs cəzasına məhkum edib. Ayrıca 18 milyard von (16 milyon dollar) cərimə kəsib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CənubiKoreya  





Xəbər lenti