DMX-nin hesabatı: Vüsal Hüseynov ötən il görülən işləri açıqladı - VİDEO

  DMX-nin hesabatı:   Vüsal Hüseynov ötən il görülən işləri açıqladı -  VİDEO
  14 Yanvar 2021    Oxunub:7485
Dövlət Miqrasiya Xidmətində 2020-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Azvision.az xəbər verir ki, tədbirin əvvəlində2020-ci ildə miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr və statistik rəqəmlər barədə ətraflı məlumat verən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci il bütün dünyada olduğu kimi ölkəmizdə də davam edən pandemiya dövründə miqrasiya proseslərinin ən çox təsirə məruz qalmış sahələrdən biri olduğunu qeyd edib.



Bildirib ki, yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsindəmöhtərəm cənab Prezident tərəfindən yaradılmış aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sistemli tədbirlər görülməklə yanaşı, miqrasiya prosesləri də diqqətdə saxlanılıb.

Ötən ildə də dövlət rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinin qarşısında müəyyən edilmiş vəzifələrin vaxtında və uğurla yerinə yetirildiyini deyən Xidmət rəisi, hesabat ilində şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların daha da sadələşdirilməsi, əcnəbilərin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması, elektron xidmətlərdən geniş istifadə olunması istiqamətində tədbirlərin icrasının eləcə də müxtəlif sosial layihələrindavam etdirildiyini vurğulayıb.



Daha sonra Vüsal Hüseynov ötən ilin əsas statistik məlumatlarını açıqlayıb.Bildirib ki, 2020-ci ilin ilk iki ayı ilə 2019-cu ilin yanvar-fevral aylarının müqayisəsində ölkəyə gələn əcnəbilərin (15% artma) və Xidmətə edilən müraciətlərin sayında çoxalma müşahidə olunsa da, pandemiya dövründə dövlət sərhədindən giriş-çıxışın məhdudlaşdırılması səbəbindən budinamika azalmaya doğru dəyişib. Belə ki, 2019-cu il iləmüqayisədə hesabat dövründə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 4 dəfə, olduğu yer üzrə qeydiyyatda 4.7 dəfə, ölkədə müvəqqəti yaşayanların arasında 16%, daimi yaşayanlarda 18%, iş icazəsi alanlarda 9% azalma qeydə alınıb. Bundan başqa, qaçqın statusu üçün müraciətlərdə 87%azalma olub.

COVID-19 infeksiyası ilə əlaqədarəcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə vətəndaşlarının sağlamlığının və təhlükəsizliyinin qorunması, onların rahatlığının təminatı, evdən çıxma səbəblərinin minimuma endirilməsi məqsədilə məlumatlandırma tədbirlərinin gücləndirildiyini deyən Xidmət rəisi hesabat dövründəbütün elektron xidmətlərin yeniləndiyini və sadələşdirildiyini vurğulayıb.Tələb olunan sənədsiyahısı optimallaşdırılıb və güzəştlər müəyyən edilib. Elektron xidmətlərin təkmilləşdirilməsi nəticəsində ötən il müvəqqəti olma müddətinin uzadılması, iş və yaşama icazələri ilə bağlı elektron müraciətlərin sayında 2019-cu il ilə müqayisədə 8.5 dəfə artım müşahidə olunub.



Pandemiya dövründə məlumatlandırmanın artırılması və qəbul edilən zənglərin kəskin çoxalması səbəbindən 919 Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilmiş, işçi qüvvəsi və texniki imkanları artırılmış, ümumilikdə fəaliyyətinin günün tələblərinə uyğun qurulması təmin edilmişdir. Bu gün də Çağrı Mərkəzi ölkə xaricindən gələn zənglərə də açıq olmaqla yanaşı, fasiləsiz rejimdə fəaliyyətini davam etdirir. Hesabat ili ərzində Çağrı Mərkəzinə edilən zənglərin sayı 2.2 dəfə artaraq, 244.398 olub. Dövlət Miqrasiya Xidməti tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər nəticəsində “ASAN xidmət indeksi”ni təşkil edən meyarlar üzrə qiymətləndirilmənin yekunlarına görə Dövlət Miqrasiya Xidməti əvvəlki iki ildə olduğu kimi 2020-ci ildə də ən yüksək nəticəni (85.54%)göstərib.
Pandemiya dövründə işəgötürənlər və təhsil sektorunun yaşaya biləcəyi mümkün çətinliklər və onları maraqlandıran məsələlərə dair ümumilikdə 138 nümayəndənin iştirak etdiyi onlayn görüşlər keçirildiyini qeyd edən Xidmət rəisi İctimai Şura ilə də Xidmətin fəaliyyətinə dair faydalı müzakirələrin aparıldığını bildirib.

Daha sonra Vüsal HüseynovXidmətin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nəticələr barədə danışıb. Dövlət Miqrasiya Xidmətinin miqrasiya və inkişaf məsələlərinin qlobal miqyasda müzakirə olunduğu Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçildiyini vurğulayan V.Hüseynov hesabat dövründə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Azərbaycanda Miqrasiya üzrə Regional Mərkəzin yaradılmasına dəstək” layihəsinin icrasına başlanıldığını da qeyd edib. Həmçinin, “Azərbaycanla Avropa İttifaqı arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək” (MOBILAZE) layihəsi çərçivəsində əldə edilmiş uğurların davamı kimi ölkəmizin miqrasiya idarəçiliyi sahəsində mövcud prioritetləri nəzərə alınmaqla “Azərbaycanda miqrasiya sahəsində texniki və institusional potensialın gücləndirilməsi” (ETIMAD) layihəsinin müvafiq qaydada razılaşdırıldığını və bu ilin ilk rübü ərzindəMiqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə əməkdaşlıq çərçivəsindəicrasına başlanmasının nəzərdə tutulduğunu bildirib.



Vüsal Hüseynov ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurətinin aradan qaldırıldığını da diqqətə çatdırıb. Belə ki, 59.963 əcnəbinin ölkədə olma müddəti özləri müraciət etmədən uzadılıb. Bildirib ki, dövlət sərhədində tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra həmin əcnəbilər qısa müddət ərzində ölkəni tərk edə bilməsi üçün müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Əcnəbilərin ölkədə qanuni olmaları və yaşamaları üçün yaradılmış şərait, o cümlədən onların qanunsuz miqranta çevrilməsinin qarşısının alınması ilə bağlı görülmüş qabaqlayıcı fəaliyyət və qanunsuz miqrasiyaya qarşı tədbirlərin qismən məhdudlaşdırılmasınəticəsində keçən il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 51% azalma qeydə alınıb.

2020-ci ildə həmçinin Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslər, eləcə də onların ailə üzvləri ölkə hüdudlarından kənarda hərəkət etmək hüququ verən “Yol sənədi” ilə təmin olunub.

Bu dövrdə də Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində sosial layihələrin icrasının da prioritet olduğunu söyləyən Xidmət rəisi “Miqrasiya Məktəbi” layihəsinin onlayn formatda davam etdirildiyini, həmçinin “Miqrasiya könüllüləri” İctimai Birliyinin iştirakı ilə 125 aztəminatlı miqrant ailəsinə yardımlar göstərildiyini, könüllülər tərəfindən müxtəlif aksiyaların və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Məlumatlandırma tədbirlərinin gücləndirilməsi məqsədilə atılan addımlardan biri kimiXidmətin rəsmi veb-səhifəsinin yeniləndiyini bildirən Vüsal Hüseynov həmçinin jurnalistlərə əcnəbilər üçün miqrasiya prosedurları sadə dildə izahlı təqdim olunan, Azərbaycanın turizm və investisiya potensialının təşviq edilməsi məqsədi daşıyan yeni bir internet səhifəsinin də (migrationto.az) ictimailəşdirilməsini qeyd edib.

Xidmət rəisi qarşıda görüləcək işlər barədə də ətraflı məlumat verib. Sonda media nümayəndələrinin suallarını cavablandırıb.

Azvision.az


Teqlər: DövlətMiqrasiyaXidməti  





Xəbər lenti