Bərdə sakini Tərtərdə minaya düşdü

 Bərdə sakini Tərtərdə minaya düşdü
  14 Yanvar 2021    Oxunub:2290
Yanvarın 13-də saat 11 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Ocaqverdiyev Əliyar Hidayət oğlunun işğaldan azad edilmiş ərazilərimizdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, aparımış araşdırmalarla müyyən edilib ki, 54 saylı Xocalı yol idarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işlərini görən zaman idarə etdiyi “LUİGONG B-160” markalı buldozer ilə tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azvision.az


Teqlər: Tərtər   Prokurorluq  






Xəbər lenti