Ermənistanda gizli saxlanılan ölmüş hərbçilərin siyahısı yayıldı

Ermənistanda gizli saxlanılan ölmüş hərbçilərin siyahısı yayıldı
  14 Yanvar 2021    Oxunub:6221
Ermənistanın rəsmi qurumları İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş bir çox hərbçilərin adlarını hələ də ictimaiyyətədən gizlədir.

Azvision.az xəbər verir ki, "Razm.info" saytı bununla bağlı araşdırma aparıb. Araşdırma nəticəsində 27 sentyabrdan başlayan müharibədə ölmüş, amma rəsmi siyahıda açıqlanmayan bir neçə hərbçinin kimliyi məlum olub.
Maraqlıdır ki, adı gizlədilən həmin ölmüş hərbçilərin arasında “Şirak” futbol klubunun yetirməsi, hərbi hissə komandirinin müavini və digər yüksək rütbəli zabitlərlə yanaşı yezidi kürdləri, eyni gündə ölən iki qardaşın da adı var.

Sayt 25 nəfərdən ibarət olan siyahını sosial şəbəkələrdə ölmüş hərbçilərin yaxınlarının yaydığı məlumatlar əsasında hazırlayıb.

1. Qurgen Mikael Avetisyan-2001-ci il, Aştarakdandır və 2019-cu ilin yayından orduda xidmət edirmiş. Noyabrın 9-da ölüb. Bəzi məlumatlara görə, əvvəllər iki dəfə yaralanıbmış. Əsgərin ölüm xəbəri sosial şəbəkələrdəki paylaşımlar əsasında üzə çıxıb.

2. Ovik Serqo Koçinyan-könüllüdür. Koçinyanın və oğlu Şuşada bir neçə gün fərqi ilə öldürülüblər. Onların ölüm xəbəri yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumatlardan sonra bəlli olub.

3. Georgi Karapetyan-2002-ci il. Müharibənin 42-ci günü, noyabrın 7-də öldürülüb. Bu əsgərin də ölüm xəbəri yalnız sosial şəbəkələrdə məlumat yayıldıqdan sonra məlum olub.

4. Serob Vaqik Vardanyan-1990-cı il. Xocavənd rayonunda oktyabrın 21-də öldürülüb.

5. Şirak Qasparyan-1998-ci il. Hərbi xidmətə 2020-ci ilin yay çağırışı zamanı cəlb edilib. Əsgərin müharibədə öldürülməsi barədə məlumat sosial şəbəkələr üzərindən olan paylaşımlardan sonra üzə çıxıb.

5. Artur Armani Qriqoryan. 2001-ci il, İrəvan. 2020-ci ilin qış çağırışçısıdır. O 30 oktyabrda ölüb. Əsgərin ölümü sosial şəbəkələrdə yayılan xəbərdən sonra bəlli olub.

6. Ordoyan Rafik Qorqi-1994-cü il. Aviasiya Universitetini bitirib. Noyabrın 9-da yaralansa da xəstəxanada həyatını itirib. Zabitin ölməsi KİV-də yayılan xəbərlərdən sonra üzə çıxıb.

7. Alik Maxari Xudoyan. 19 yaş, Yegeqnut icması. Şuşa döyüşləri zamanı öldürülüb. Bu yezidi kürdü haqqında ölüm xəbəri də KİV-də yayılan məlumatlardan sonra üzə çıxıb.

8. Mstoyan Norayr (Nodar) Taxari. 2001-ci il. Füzuli döyüşlərində öldürülüb. Ezidi kürdü olan döyüşçü Nor Armavir kəndindən olub.

9. David Herakli. 2000-ci il. Oktyabrın 5-də öldürülüb. Sosial mediada yayılan məlumatlara əsasən ezidi kürdü olan əsgər Cəbrayıl ərazisində xidmət edirmiş.

10. Davidyan (Davtyan) Qrayr Mikaeli. Yaxınlarının deməsinə görə polkovnik olub. Hərbi hissə komandirirnin müavini imiş. Oktyabr ayında öldürülüb.

11. Nver Merujan Ovsepyan. 1984-cü il. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, ehtiyatda olub və cəbhəyə gedib. Tağım komandiri imiş, Cəbrayıl istiqamətində öldürülüb. Cəsədinin qalıqları yanvarın 3-də tapılıb.

12. Artyom Karapetyan. “Şirak” futbol klubunun yetirməsi. Qarabağda öldürülüb.

13. Artyom Karapetyan-1977-ci il, İrəvan. Oktyabrın 26-da Ağdərə döyüşlərində öldürülüb.

14. Armen Karlen Ovsepyan. 1978-ci il. Ehtiyatda olan hərbçi. 24 oktyabrda Füzulidə ölüb.

15. Ambarçunyab Qorq-1983-cü il. Avetaranoç kəndində öldürülüb.

16. Beqlaryan Mxitar Arvidi-1990-cı il. Snayper atıcısı olub. Noyabrın 9-da Şuşa döyüşləri zamanı öldürülüb.

17. Çatryan Qriqor-1987-ci il. Qarabağda öldürülüb.

18. İvan Sarqsyan-1985-ci il. Oktyabrın 21-də Hadrutda öldürülüb.

19. Sanasar Abrahamyan-1988-ci il. 19 oktyabrda Ağdərədə öldürülüb.

20. Melikset Saakyan-1982-ci il. Qarabağda öldürülüb.

21. David Martirosyan. 19 yaşlı əsgər tankçı olub. Qardaşı Spartak Martirosyan 18 yaş kəşfiyyatçı. Qardaşları orduya bir il fərqi ilə çağırıblarmış onlar eyni gündə-oktyabrın 18-də öldürülüblər.

22. Sergey Roma Muradyan-1991-ci il. Kapitan olub və noyabrın 1-də Suqovuşanda ölüb. Müqaviləli əsgər kimi Aprel döyüşlərində iştirak edib. Sonrada zabit kimi xidmətini davam etdirmək üçün hərbi universiteti bitirib.


Tural Tağıyev
Azvision.az


Teqlər: Siyahı   Erməni   Müharibə  





Xəbər lenti