Ermənistanda virusdan ölənlərin sayı 2963-ə çatdı

Ermənistanda virusdan ölənlərin sayı 2963-ə çatdı
  14 Yanvar 2021    Oxunub:1607
Ermənistanda son sutka ərzində daha 448 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 163 576
nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 12 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2963-a çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 721 nəfərdir. Hazırda ölkədə 8043 aktiv xəstə var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan  





Xəbər lenti