“Ötən il 145 nəfər Azərbaycana readmissiya edilib” - Xidmət rəisi

 “Ötən il 145 nəfər Azərbaycana readmissiya edilib” -    Xidmət rəisi
  14 Yanvar 2021    Oxunub:2483
2020-ci ildə readmissiya tədbirlərində 68 faiz azalma olub.
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair onlayn mətbuat konfransında deyib.

DMX rəisi bildirib ki, karantin tədbirləri tətbiq olunandan sonra məhdud sayda readmissiya həyata keçirilib: “Yalnız çarter reysləri vasitələri ilə həyata keçirilən readmissiya tədbirləri 2020-ci ilin yanvar və fevral aylarını əhatə edib”.

V.Hüseynov qeyd edib ki, ötən il readmissiya ilə bağlı 480 sorğu verilib, 145 nəfər readmissiya edilib. Ümumilikdə isə indiyə qədər readmissiya ilə bağlı sorğuların sayı 4647-dir.

“1914 nəfərin sorğusu müsbət cavalandırılıb, lakin geri qaytarılması həyata keçirilməyib və nəzərdə tutulur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DMX  






Xəbər lenti