52 əcnəbi qaçqın statusu almaq üçün müraciət edib

52 əcnəbi qaçqın statusu almaq üçün müraciət edib
  14 Yanvar 2021    Oxunub:2205
Ötən il qaçqın statusunun alınması ilə bağlı müraciətlərdə 87 faiz azalma olub. 2019-cu ildə 404, 2020-ci ildə isə 52 müraciət qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkəmizdə qaçqın statusu əsasında yaşayanların sayında 6 faiz azalma olub: “Bu şəxslərdən 42-si İran, 27-si Əfqanıstan, 5-i Liviya, 2-si Pakistan, 2-si Cənubi Afrikadan olub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Miqrasiya-Xidməti  






Xəbər lenti