Həmyerlimiz rus polisinə rüşvət təklif etdi

 Həmyerlimiz rus polisinə rüşvət təklif etdi
  26 Mart 2013    Oxunub:1346
Rusiyada polisə 3 min manat rüşvət vermək istəyən azərbaycanlı 90 min manat cərimə olunub
Buryatiyada polisə 3 min rubl rüşvət verməyə cəhd edən Azərbaycan vətəndaşı 90 min rubl cərimə olunub. Adı çəkilməyən soydaşımız Rusiya ərazisində qeyri-leqal yaşayıb. Polis bu faktı müəyyənləşdirən zaman azərbaycanlı inzibati cəzadan və deportasiyadan yaxa qurtarmaq üçün polisin cibinə 3 min rubl pul qoymağa çalışıb. Rüşvət faktı ilə bağlı cinayət işi başlanıb, Tarbaqatay rayon məhkəməsinin qərarı ilə Azərbaycan vətəndaşı 90 min rubl cərimə olunub. Soydaşımızın artıq cərimənin 70 min rublunu ödədiyi bildirilir.


Teqlər:





Xəbər lenti