Miqrantların saxlanma mərkəzində yoluxma qeydə alınmayıb - RƏSMİ

 Miqrantların saxlanma mərkəzində yoluxma qeydə alınmayıb -  RƏSMİ
  14 Yanvar 2021    Oxunub:1971
2020-ci ildə qanunsuz miqrantların saxlama mərkəzlərində yerləşdirmədə 73 faiz azalma olub. 2019-cu ildə 1237 nəfər, 2020-ci ildə 332 nəfər qanunsuz miqrantların saxlama mərkəzlərində yerləşdirilib.
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair onlayn mətbuat konfransında deyib.

O bildirib ki, saxlama mərkəzi qapalı yer olduğundan bütün gigiyena tədbirləri görülüb, heç bir saxlanılan şəxsdə koronavirusa yoluxma qeydə alınmayıb.

"Ötən il qanunsuz miqrasiyaya qarşı görülmüş tədbirlərdə 51 faiz azalma olub. Bu rəqəm 2019-cu ildə 14 834 olmuşdusa, 2020-ci ildə 7317-yə düşüb”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qanunsuz-miqrant  






Xəbər lenti