“Paşinyan Qarabağda nəyin baş verdiyini anlaya bilmədi” - Manukyan

“Paşinyan Qarabağda nəyin baş verdiyini anlaya bilmədi” -  Manukyan
  14 Yanvar 2021    Oxunub:2601
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı döyüşlər zamanı nəyin baş verdiyini yaxşı anlaya bilmədi.

Azvision.az xəbər verir ki, bunu Ermənistan müxalifətinin baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyan “RBC”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Paşinyanın müharibəni qarşısını almaq və ya onu əsas mövqeləri qoruyacaq şəkildə aparmaq imkanı olsa da, bunu etmədi.

Marukyan bildirib ki, "rəngli inqilablar" dalğasında rəhbərlik etməyə hazır olmayan səriştəsiz insanlar hakimiyyətə gəlirlər: "Paşinyan cəmiyyəti keçmişlərə və indikilərə böldü, cəmiyyəti parçaladı. Eyni şey Ukraynada və “rəngli inqilab”ların baş verdiyi digər yerlərdə də yaşanır".

O hesab edir ki, Serj Sarkisyan hakimiyyətdə qalsaydı, müharibə sadəcə başlamazdı: "Paşinyan Dağlıq Qarabağa dair danışıqlar prosesini çıxılmaz hala saldı, Qarabağa dair bir sıra açıqlamaları ilə Azərbaycanın müharibə başlaya biləcəyi qənaətinə gəlməsinə imkan yaratdı”.

Hakimiyyətə gələcəyi təqdirdə, Manukyan öz prioritetləri kimi ordunun gücləndirilməsi və Rusiya ilə əlaqələrin inkişafı, həmçinin daxili təhlükəsizliyin möhkəmləndirilməsini qeyd edib.

Onun sözlərinə görə, Ermənistan üçün təhlükə qeyri-kommersiya təşkilatlarından gəlir: "Bütün bu təşkilatların məsələsi həll olunmalıdır. Hamımız kənardan maliyyələşdirilən bir çox ictimai təşkilatın ölkəmizdə fəaliyyət göstərməsinə icazə verməyin nə qədər təhlükəli olduğunu başa düşdük və bunlar Ermənistanda çox böyük rol oynayırlar".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VazgenManukyan  





Xəbər lenti