“43 dövlətlə müxtəlif sazişlərin hazırlanması üzərində iş gedir” - DMX rəisi
O bildirib ki, dəyişiklikdən əvvəl müraciətlər ancaq DMX-nin qəbul şöbələri və regional idarələrində qəbul olunurdu:
“Ötən il qanunvericiliyə əsas dəyişikliklərdən biri də xarici ölkə vətəndaşlığını qəbul edən şəxslərlə bağlıdır. Əvvəl Azərbaycan vətəndaşı olan şəxs 1 ay müddətində xəbər vermədikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdu, dəyişiklikdən sonra cinayət məsuliyyəti aradan qaldırılıb. Hazırda 43 dövlətlə müxtəlif sazişlərin hazırlanması üzərində iş gedir. Ötən il Türkmənistan və Azərbaycan arasında miqrasiya prosesləri ilə bağlı saziş imzalanıb. Türkiyə ilə vizanın götürülməsinə dair saziş əsasında 13 avqustdan Türkiyə vətəndaşları vizasız 90 gün müddətinə ölkədə qala bilər. Eyni zamanda, hazırda sərt karantin rejimində olduğumuz üçün kənarda olan şəxslərin müraciəti məhdudlaşdırılıb. Daimi yaşayış üçün imtahanlar ötən il müəyyən müddətə dayandırıldı. Hazırda imtahanlar keçirilmir, əcnəbilərə Azərbaycan dili kursları da müəyyən müddətdə onlayn qaydada keçirildi".
Aytən Zəhra
Azvision.az
Teqlər: DMX







Vaxtında, Aydın, Lazımlı!


