Vanetsiyan döyüşdən qaçıbmış - Sabiq həmkarı faktları açıqladı
Sabiq MTX rəhbəri ölkənin İctimai Televiziyasına müsahibəsində Vanetsiyanın döyüşdən qaçdığını təsdiqləyib.
O bildirib ki, Şuşa yaxınlığında vəziyyətin pisləşməsindən sonra keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi silahlı dəstənin olduğu yerə gedib.
“Düşmən Şuşaya hücum edən zaman mən, Ohanyan və Qarabağ “müdafiə ordusunun komandanlığı" qərargahda idik, daha sonra Vanetsiyan gəldi. O, öz dəstəsi ilə gəldiyini deyərək, əvvəlcə Martakertə (Ağdərə - red) getməli olduğunu söylədi, lakin komandanlıq onun Şuşada lazım olduğuna dair qərar verdi.
Vanetsiyan və dəstəsi şəhərin binalarından birinə yerləşdirildi. Gecə azərbaycanlıların hücumu başladı. Komandanlıq Vanetsiyanla əlaqə qurdu və xətlərdən birini tutmağı təklif etdi. Ancaq Vanetsiyan yeni gəldiklərini və döyüşə qatılmağa hələ hazır olmadıqlarını dedi. Bir neçə saat keçdi, bundan sonra Ohanyan Vanetsiyanın yanına gedib ona müdafiə hissələrindən birində yerləşməyi təklif etməyimi söylədi. Vanetsiyanla görüşdüm, vəziyyəti danışdım, o, istənilən ərazini götürməyə hazır olduğunu söylədi”.
Bunun ardınca onlar birlikdə qərargaha gəliblər, qarşılarına tapşırıq qoyulub, sonra Kyaramyan Vanetsiyanı dəstəsinin olduğu yerə qədər müşayiət edib. Lakin sonradan Vanetsiyanın dəstəsinin yerləşmədiyi məlum olub. Bundan sonra Kyaramyan Vanetsiyanın dəstəsindən 10 nəfərin seçilməsi və onlarla birlikdə müdafiə üçün ən yaxın hündürlüyü tutmağa qərar verib. Yolda Kyaramyan müdafiə üçün əlverişli bir yüksəklik görüb və ora yerləşmək üçün daha çox insanı götürmək məqsədilə geri qayıdıb. Lakin Vanetsiyanın Xankəndinə getdiyi məlum olub. Daha sonra Kyaramyan Şuşada yalnız 20 nəfərin qaldığını, bir neçə saat sonra onların da əraziləri tərk etdiyini öyrənib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Şuşa







Vaxtında, Aydın, Lazımlı!


