Rusiyada koronavirusdan daha 570 nəfər öldü

Rusiyada koronavirusdan daha 570 nəfər öldü
  14 Yanvar 2021    Oxunub:1786
Rusiyada son sutka ərzində koronavirusa 24 763 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 495 816 nəfərə çatıb.

Rusiyada daha 570 pasiyent vəfat edib. Pandemiya qurbanlarının ümumi sayı 63 940
nəfərdir. İndiyədək 2 882 044 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti